Siyasi uydurmadan başqa bir şey deyil Makron İNKAR ETDİ | Icma.az
Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Fransa parlamentində müxalifətin Barnier hökumətinə qarşı təqdim etdiyi etimadsızlıq təklifi səsverməyə çıxarılacaq.
Lazımi səs çoxluğu (577-dən 289-u) halında votum qəbul olunacaq və hökumət istefaya gedəcək.
Sfera.az bildirir ki, Səudiyyə Ərəbistanına rəsmi səfər edən Emmanuel Makron bununla bağlı jurnalistlərin suallarını cavablandırıb.
O iddia edib ki, istefaya çağırışlar “siyasi uydurma”dan başqa bir şey deyil. “İstefa verməyimin mənası yoxdur.
Əgər mən sizin qarşınızdayamsa, bunun səbəbi iki dəfə seçilməyimdir”, - o bildirib.
Fransa prezidenti bəyan edib ki, ifrat sağçı Milli Ralli (MN) partiyasının solçu alyansı Yeni Xalq Cəbhəsinin (NFP) hökumətə qarşı təqdim etdiyi etimadsızlıq təklifinə səs verəcəyinə inanmır: “Mən səmimi olaraq düşünmürəm ki, Milli Birlik deputatları onları və seçicilərini təhqir edən etimadsızlıq təklifinə səs verə bilərlər”.
Hökumətin 2025-ci il büdcəsi ilə bağlı müxalifətə jestlər etdiyini müdafiə edən Makron ölkənin maraqlarının partiyalardan kənar bir şey olduğunu vurğulayıb.
Tam oxu
Xəbəri oxu