Siyasi Zəfərin təntənəsi

18.11.2026

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən dövlətçilik siyasəti, güclü iradəsi və sarsılmaz qətiyyəti sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuş, uzun illərlə həsrətində olduğumuz müqəddəs torpaqlar öz əsl sahiblərinə qayıtmışdır. Məhz dövlət başçımızın həm 44 günlük Vətən müharibəsi zamanı hərb meydanında, həm də siyasi-diplomatik müstəvidə yürütdüyü müdrik strategiya nəticəsində düşmən təslim olmağa məcbur edildi və 2020-ci il noyabrın 20-də Ağdam rayonu münaqişəsiz, heç bir əsgərimizin burnu qanamadan işğaldan azad olundu. Strateji mövqeyinə və düşmənin qurduğu keçilməz istehkamlara görə hərbi əməliyyatlarla azad edilməsi böyük itkilər bahasına başa gələ biləcək bu bölgənin siyasi yolla geri qaytarılması möhtərəm cənab Prezidentin misilsiz sərkərdəlik məharətinin və liderlik qüdrətinin ən parlaq göstəricisidir. Xalqımızın bu böyük Qələbə sevincini, eləcə də Ağdamın zəngin tarixini və azad olunma salnaməsini əbədiləşdirmək məqsədilə dövlət başçımız 2023-cü il iyulun 31-də xüsusi Sərəncam imzalayaraq hər il 20 noyabr tarixinin ölkəmizdə Ağdam Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunmasına qərar verdi. Otuz il ərzində erməni vandalizminə məruz qalaraq daşı daş üstündə qalmayan, tamamilə dağıdılaraq viranəliyə çevrilən bu qədim yurd yeri bu gün bilavasitə Ölkə Prezidenti, doğma Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin böyük diqqəti, qayğısı və şəxsi nəzarəti altında sözün əsl mənasında yenidən qurulur. Dövlət rəhbərimizin Ağdama mütəmadi səfərləri, təməlini qoyduğu müasir yaşayış məhəllələri, geniş prospektlər, yeni dəmir yolu və avtomobil magistralları, sənaye parkı, təhsil və səhiyyə müəssisələri bu şəhərə tamamilə yeni nəfəs gətirir. Bununla yanaşı xalqımızın milli-mənəvi irsinin rəmzi olan Ağdam Cümə məscidinin, Pənahəli xanın İmarət kompleksinin və digər tarixi abidələrimizin əsaslı şəkildə bərpa edilməsi böyük quruculuq işlərinin bariz nümunəsidir.
Əlbəttə ki, “Böyük Qayıdış” proqramı çərçivəsində illərdir doğma yurd həsrəti ilə yaşayan insanların öz evlərinə qayıtması, abadlaşan küçələrdə yenidən həyatın canlanması möhtərəm Prezidentimizin xalqına verdiyi bütün vədlərin gerçəkləşdiyinin əyani sübutudur. Bu şanlı tarixi gündə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman oğullarımızın əziz xatirəsini minnətdarlıqla yad edir, qazilərimizə möhkəm sağlamlıq, müharibə iştirakçılarına uzun və xoşbəxt ömür arzulayır və tam əminliklə söyləyirik ki, dövlət başçımızın rəhbərliyi ilə öz əvvəlki şöhrətini geri qaytaran Ağdam gələcək nəsillərə ən gözəl əmanət kimi ötürüləcəkdir.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью