Siyavuş Aslan 90 | Icma.az
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən. ...Nağıl danışmaq istəyirəm, elə bir nağıl ki, sizə onu xatırladacaq.
Amma nağılın sonunda göydən üç alma düşməyəcək. Hə, nağıllar necə başlayırdı? “Biri var idi, biri yox”-la.
Bəli, bu dünyada Səyavuş Aslan adında bir aktyor var idi... Deyirdi ki:- “Mən teatr aləminin ən xoşbəxt aktyoru olmuşam.
Gülüş ustası Lütfəli Abdullayevi həmişə özümə müəllim bilmişəm. Doğrudur, o, mənə heç zaman dərs keçməyib, amma mənəvi ustadım olub.
Bu yaşıma kimi çox sayda rol oynamışam. Artıq qocaldığımı etiraf edirəm. Bu yaşdan sonra özümə ancaq can sağlığı arzulayıram.
Amma görürəm ki, Türkiyəlilər qocaman sənət adamlarının sənətlərini də yüksək qiymətləndirir, onlara müəyyən rollar verirlər.
Bizdə isə aktyoru çərlədib yorğan-döşəyə salırlar.” Bir az müdrik, bir az çılğın, bir az da əhlikeyf idi.
Onun teatr və kino sənətimizin ayaqda qalmasında xidmətləri, tamaşa və bədii filmlərə verdiyi öz töhfələri olub.
Tam oxu
Xəbəri oxu