Siyavuş Hacıyev AMEAnın həyətindəki stadionda ölübmüş FOTO | Icma.az
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin dünən futbol oynayarkən vəfat etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Hurriyyet.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, hadisə Yasamal rayonu ərazisində - Azərbaycan Milli Elmlər Akademiyasının həyətində yerləşən stadionda baş verib.
“Azfar Group” MMC tərəfindən idarə edilən stadionda dünən saat 18 radələrində keçirilən futbol oyunu zamanı S.Hacıyevin səhhəti qəfil pisləşib və o, hadisə yerində ölüb.
Qeyd edək ki, 63 yaşlı S.Hacıyev əvvəllər xüsusi xidmət orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib.
2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu