Siyavuş Kərimiyə Prezident təqaüdü veriləcək

07.11.2024

Bakupost saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Siyavuş Əşrəf oğlu Kərimiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Bakupost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью