Siyavuş Novruzov FHN əməkdaşlarını öydü

01.05.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşları üçün yubiley medalının təsis edilməsi təqdirəlayiqdir. 
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihənin müzakriəsi zamanı bildirib.               
"FHN-in yaranması, formalaşması və bu gün həyata keçirdiyi işlər cəmiyyət tərəfindən müsbət qarşılanır. Böyük yanğınlar, daşqın, sel və s. kimi hadisələrdə öz həyatlarını təhlükəyə atırlar. Onların qarşısında duran əsas məsələlərdən biri də minatəmizləmə ilə bağlıdır. Onlar sərhəd bölgələrində işğaldan azad olunmuş ərazilərdə siqnallar olduqda minatəmizləmə ilə məşğul olurlar. Ali Baş Komandanın əmri ilə onlar hətta bir çox ölkələrə də yollanıblar. Bu səbəbdən onlar üçün medalın təsis olunması təqdirəlayiqdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью