Siyavuş Novruzov: İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır

20.12.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, 2 uşağın saxlanması özü elə dövlətə köməkdir: “Gələcəkdə qanunvericilikdə məsələyə baxılmalıdır, 2 uşağı olan hərbi xidmətə çağırılmamalıdır. İki uşaq il yarım öz valideynini görmür. Bununla uşağın gələcəkdə böyüməsində də problemlər yarana bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью