Siyəzən şəhərində səkkiz küçəyə asfalt döşənir

21.11.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Siyəzən, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC

Siyəzəndə şəhərdaxili avtomobil yollarının yenidən qurulması işləri davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidənqurma işləri çərçivəsində şəhərin Heydər Əliyev və Murtuza Muxtarov küçələrinə sfalt döşənməsi başa çatdırılıb. Asfalt döşənən küçələr genişləndirilir, həmçinin sakinlərin rahat hərəkət etməsi üçün piyada səkiləri yenidən qurulur.

Siyəzən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhərin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hazırda 8 küçədə yenidənqurma işləri aparalır. Bu küçələrə ümumilkdə 23 min kvadratmetr asfalt döşənəcək. Yenidənqurma işləri aparılan küçələrin böyük hissəsi yeni yaşayış massivlərini əhatə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью