Siyəzəndə 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

15.12.2024

Icma.az bildirir, Anews saytına əsaslanaraq.

Siyəzəndə məktəbli dəm qazından zəhərlənərək ölüb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə Siyəzən şəhərində M.Ə.Sabir küçəsində baş verib.

Dəm qazından zəhərlənən 2009-cu il təvəllüdlü Vəkilli Gülər Seyfulla qızı Siyəzən Müalicə Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

G.Vəkillinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью