Siyəzəndə 35 yaşlı kişini və 6 baş mal qaranı cərəyan vurub

21.10.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siyəzən rayon sakinini elekterik cərəyanı vurub.

APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Sədan kəndində baş verib. Kənd ərazisində elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində 1990-cı il təvəllüdlü Seymur Əhmədovu və ona məxsus 25 min manat dəyərində 6 baş mal-qaranı elektrik cərəyanı vurub.

Hadisə nəticəsində 6 baş inək tələf olub, S.Əhmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью