Siyəzəndə ağır qəza, ölən var Foto

16.11.2024

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Anar Fətulla oğlu Teymurovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Yasər Aris oğlu Bağırovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Nəticədə A.Teymurov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью