Siyəzəndə ağır yol qəzası: Bir ailənin 4 üzvü xəsarət aldı FOTO

22.05.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakı-Quba yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın “Bizim.Media”ya istinadən məlumatına görə, Siyəzən rayon sakini, 39 yaşlı Samir İlqar oğlu Əkbərov idarə etdiyi VAZ-2107 markalı avtomaşınla Bakı istiqamətində hərəkət edərkən, avtomaşını yolun ortasındakı dəmir arakəsmələrə vuraraq aşırıb.

Nəticədə sürücü Samir Əkbərov, həyat yoldaşı 35 yaşlı Rəvanə, 16 yaşlı qızı Aysu və 10 yaşlı oğlu İlkin Əkbərovlar xəsarət alaraq Siyəzən rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью