Siyəzəndə ağır yol qəzası; ölən var FOTO

16.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Siyəzənin Yenikənd kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, Yenikənd sakini, 39 yaşlı Anar Fətulla oğlu Teymurovun idarə etdiyi Vaz-2106 markalı avtomaşınla həmkəndlisi, 31 yaşlı Yasər Aris oğlu Bağırovun idarə etdiyi “Opel” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü, 39 yaşlı Anar Teymurov hadisə yerində ölüb.

Faktı Siyəzən polis şöbəsi araşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью