Siyəzəndə avtomobil yandı, 2 yaşlı uşaq öldü

25.12.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Siyəzəndə avtomobildə yanğın olub, 2 yaşlı uşaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, dekabrın 24-ü saat 14 radələrində Böyük Həmyə kəndinin ərazisində kənd sakini 1991-ci il təvəlüdlü Hüseynağa Seyfəl oğlu Bağırova məxsus "VAZ-2107" markalı 77 GA 674 N-li avtomobildə yanğın baş verib.

Avtomobilin yanar konstruksiyalar yanıb, avtomobildə olan H.Bağırovun oğlu 2023-cü il təvəlllüdlü Seyfəl yanaraq ölüb.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью