Siyəzəndə avtomobillər toqquşdu ölən var

16.11.2024

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, rayonun Yenikənd kəndində 1985-ci il təvəllüdlü Anar Fətulla oğlu Teymurovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Yasər Aris oğlu Bağırovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Nəticədə A.Teymurov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью