Siyəzəndə bu ünvanda nə baş verir? Rəsmi müdaxilə

09.10.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Siyəzəndə fəaliyyət göstərən ərzaq bazarlarından birində qida təhlükəsizliyi sahəsində pozuntular aşkarlanıb.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentliyin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında yerləşən “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçiriblər. Marqarita pizza

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün sahibkara icrası məcburi göstərişlər verilib. Həmçinin sahibkar barəsində inzibati protokol tərtib olunub.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью