Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb

14.07.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Siyəzən, 14 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 14-ü günorta saatlarında Siyəzən rayonunda dağlıq ərazidə yanğın başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın rayonun Dərəzarat kəndi yaxınlığında qeydə alınıb, kol-kos və quru otluq ərazini əhatə edir.

Əraziyə yanğından mühafizə bölmələrinin canlı qüvvəsi və yanğınsöndürən maşınlar cəlb olunub. Amma yanğın baş verən ərazi çətin dağlıq relyefə malik olduğu üçün yanğınsöndürən maşınları söndürmə prosesinə cəlb etmək mümkün deyil. Bu səbəbdən hazırda yanğın yanğınsöndürənlər və yaxın kəndlərin sakinlərinin köəyi ilə söndürülür. Artıq yanğın nəzarətə götürülüb və genişləndirilməsinin qarşısı alınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью