Siyəzəndə gənclər üçün təlim baş tutub

25.11.2024

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.


Siyəzəndə gənclər üçün təlim baş tutub. 


Missiya.Az xəbər verir ki, Siyəzən Gənclər Evində yazıçı, jurnalist “Oktay Hacımusalının dəstəyi ilə “süni intellektin sirlərini bizimlə öyrən” adlı təlim keçirilib. 

Təlimçi Oktay Hacımusalı gənclərə süni intellekt və onun istifadə edildiyi yerlər haqqında geniş məlumat verib. 

Yeni nəsil texnologiyaların artıq günümüzdə həyatımıza daxil olduğunu bildirən təlimçi qeyd edib ki, bundan sonra süni intellektlə sıx – sıx rastlaşacağıq. 

Təlimdə iştirak edən gənclərin suallarını cavablandıran Oktay Hacımusalı daha sonra iştirakçılarla bərabər xatirə şəkli çəkdirib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью