Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Siyəzəndə əhalini içməli su ilə təmin edən nasos stansiyaları, su anbarları təmir olunacaq Modern.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, bu işləri qurumun tabeliyindəki Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi həyata keçirəcək.
İçməli su sahəsi üzrə 8 632 abonentə xidmət göstərilir ki, bunun da 8 302-si əhali, 330-u isə qeyri əhalidir.
Ötən il mənbədən 2 563 875 m3 içməli su götürülüb və bunun 1 930 792 m3-i istehlakçılara verilib.
İndiyə qədər rayonda 425 içməli su, 650-si isə kanalizasiya şəbəkəsi olmaqla cari təmir işləri aparılıb.
Hazırda bu istiqamətdə işlər davam edir. Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi meliorasiya sahəsi üzrə 2032 abonent olmaqla
Bunun üçün idarənin balansında 247 km-ə yaxın açıq suvarma kanalı mövcuddur ki, ondan 222 km torpaq məcralı, 24 km-i beton üzlüklüdür.
Balansda 3 km-dən artıq boru, 199 km qapalı şəbəkə, 147 km isə kollektor-drenaj şəbəkəsi mövcuddur.