Siyəzəndə iki avtomobil toqquşub, ölən var

17.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Yenikənd kəndində 1985-ci il təvəllüdlü Anar Fətulla oğlu Teymurovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Yasər Aris oğlu Bağırovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub.

Nəticədə A.Teymurov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью