Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Siyəzən şəhərində 2 məktəbli kanala düşüb.
Bizim.Media-nın yerli bürosuna daxil olan məlumata görə, 8-ci sinif şagirdləri olan Ömər Zeynallı və Hüseyn Allahverdiyev Taxtakörpü-Ceyranbatan kanalının kənarında oynayarkən kanala düşüblər.
Ətrafda olan insanların köməyi ilə Ömər Zeynallı sudan çıxarılaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hüseyn Allahverdiyevin kanal boyu axtarışları isə davam edir.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.