Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

12.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Siyəzəndə kafedə meyit tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə avqustun 11-də Siyəzən şəhərinin ərazisində yerləşən kafedə baş verib.

Kafenin sanitar qovşağında Quba sakini 1947-ci il təvəllüdlü Eldar Babayevin meyiti aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью