Siyəzəndə minik avtomobilləri toqquşub, ölən var

16.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Siyəzən rayonunun Yenikənd kəndi ərazisində 39 yaşlı A.Teymurovun idarə etdiyi "Vaz 2106" markalı minik avtomobili ilə 31 yaşlı Yasər Bağırovun idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsi toqquşub.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə nəticəsində A.Teymurov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью