Siyəzəndə oğurluq edən 4 nəfər saxlanılıb

24.01.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Siyəzəndə 12 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Murad Muradov və Yavər Umudov saxlanılıb.
Newscenter.az xəbər verir ki, həmçinin, polisin keçirdiyi digər əməliyyat nəticəsində Azay Qurbanov və tanışı Vüsal Qurbanov saxlanılıb.
Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisində “Man” markalı yük avtomobillərindən akkumulyator və bir evdən oğurluq etdikləri müəyyən olunub.
Faktlarla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb araşdırmalar davam etdirilir.
Mehman Mehdiyev
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью