Siyəzəndə qəza baş verib, sürücülərdən biri ölüb ÖZƏL/FOTO

16.11.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Siyəzənin Yenikənd kəndində ölümlə nəticələnən yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Yenikənd sakini, 39 yaşlı Anar Fətulla oğlu Teymurovun idarə etdiyi Vaz-2106 markalı avtomaşınla həmkəndlisi, 31 yaşlı Yasər Aris oğlu Bağırovun idarə etdiyi “Opel” markalı avtomobillə toqquşub.
Nəticədə VAZ-ın sürücüsü, 39 yaşlı Anar Teymurov hadisə yerində ölüb.
Faktı Siyəzən polis şöbəsi araşdırır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью