Siyəzəndə qəza Ölən var (FOTO)

16.11.2024

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, rayonun Yenikənd kəndində 1985-ci il təvəllüdlü  Anar Fətulla oğlu Teymurovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Yasər Aris oğlu Bağırovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Nəticədə A.Teymurov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью