Siyəzəndə qəzada xəsarət alan şəxs ölüb

17.11.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Xanqulu Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Mehrac Bayramovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində Xanqulu Ağayev xəsarət alaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью