Siyəzəndə yol qəzası baş verib, bir nəfər ölüb AZƏRTAC

17.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Siyəzən, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Yenikənd kəndi ərazisində "VAZ 2106" və “Opel” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində "VAZ 2106"nın sürücüsü A.Teymurov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью