Siyəzəndə yük avtomobili qəza törədərək aşıb

27.09.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siyəzən, 26 sentyabr, AZƏRTAC

Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə "Mercedes" markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Yük avtomobili əvvəlcə "Opel" markalı minik maşını ilə toqquşub, daha sonra yolun kənarına aşıb.

Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb.

Qumla dolu olan yük avtomobilinin aşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью