Siz aciz yalançılarsınız, utanmalısınız...

20.03.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı səs silahı istifadə etməsi ilə bağlı məlumatlar təsdiqlənərsə, o halda istefa verəcəyəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

"Mən sizə indi açıq şəkildə deyirəm - əgər bizim qüvvələrimiz səs silahı, "Qasırğa" istifadə ediblərsə, necə deyirlər, onda mən artıq prezident deyiləm. Siz aciz yalançılarsınız, utanmalısınız", - deyə o bildirib.

Qeyd edək ki, səs silahının istifadəsi ilə bağlı iddianı Serbiya Baş Qərargahının sabiq rəisi və müxalifət liderlərindən biri Zdravko Ponoş irəli sürüb. İddiaya görə, 15 mart tarixində Belqradda keçirilən aksiyada polis bu cihazdan istifadə edib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью