Siz də uşağınızı “baxmayaraq” sevənlərdənsinizmi?.. | Icma.az
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir. Uşaqlar sevgidəki səmimyyəti çox tez dərk edirlər.
Çünki səmimi sevgi “baxmayaraq” bir sevgidir. Halbuki bəzi valideynlərin sevgisi “çünki” sevgisidir.
Yəni, belə valideynlər sevgilərini hər hansı bir səbəbə bağlayırlar və üstəlik, bunu uşaqlarına hiss etdirirlər.
Və təbii olaraq uşaqlar o səbəb olmasa, sevilməyəcəyini düşünürlər.
Məsələn, “Səni sevirəm, çünki yaxşı oxuyursan”, “Səni sevirəm, çünki dəcəllik etmirsən” və s. Bəzi valideyinlərdə isə “isə” sevgisi var.
Yəni, belə valideynlər sevgilərini hər hansı şərtə bağlayırlar.
Və uşaq təbii olaraq, “Əgər mənim qarşıma qoyduqları şərti yerinə yetirməsəm, məni sevməyəcəklər?” deyə düşünür.
Məsələn, “Yeməyi yesən, səni sevərəm”, “Dərsini oxusan, səni sevərəm” və s.
Tam oxu
Xəbəri oxu