Sizdə bu hallar varsa Şopaqoliksiniz PSİXOLOQ AÇIQLADI | Icma.az
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son zamanlar gündəmin əsas mövzusu dilimizə yeni gələn Şopaqolik alışqanlığıdır. Mənası isə şoppinqi sevən deməkdir.
Mövzu ilə bağlı daha ətraflı tanınmış psixoloq Samirə Bağırova Moderator.az-a danışdı.
Bildirdi ki, Şopoqolik digər adı isə Oniomaniya kimi tanınan psixoloji pozuntudan əziyyət çəkən insanlar, aşırı dərəcədə alış-verişləri ilə diqqət mərkəzində olurlar: "Şopoqoliklər əslində hər hansısa geyimə ehtiyac olmadığı təqdirdə, həmişə nə isə almağa ehtiyac hiss edirlər.
Bu hal psixoloji aspektdən - diqqətə ehtiyac duyan, tənhalıq hissinə qapılan, daxili boşluq, sevgi sözlərinə ehtiyac hissi, daxili gizli depresiyadan əziyyət çəkən, həm xanımlarda, həm də bəylərdə geniş rast gəlinir.
Əlbətdə ki, oniomaniyadan əziyyət çəkən insanlar satış, qazanc üçün, ən əlverişli insanlar hesab olunurlar.
Belə ki, bu insanları mağazada xoş qarşılayanda, tərif etdikdə, xüsusi müştəri kimi diqqət ayırdıqda, onlar özlərini ən xoşbəxt insan kimi hiss edərək, son qəpiklərini də alış- verişə sərf edə bilərlər.
Bu səbəbdən müxtəlif geyim satış mərkəzləri məhz şopoqoliklərin pullarını ovlamaq üçün, müxtəlif reklam çarxları, süni endirim afişaları və sairə kimi manupalyativ yollara əl ataraq cəlb etmiş olurlar.
Tam oxu
Xəbəri oxu