Icma.az bildirir, Sia Az portalına istinadən.
...Rusiya Dövlət Dumasının deputatları öz işləri üçün süni intellektin verdiyi imkanlardan fəal şəkildə istifadə edirlər.
SİA xəbər verir ki, bu barədə Life.ru-ya Rusiya Federasiyası Kommunist Partiyasından deputat, Parlamentin Aşağı Palatasının rəqəmsal inkişaf və süni intellekt komitəsinin üzvü Aleksandr İvaçev bildirib.
...Sizə bir sirr deyim, fikrimcə, mən uzun müddətdir həmkarlarımla ünsiyyətdəyəm, lakin deputatların çoxu artıq müxtəlif agentlərdən istifadə edir.
Bunu deyən rus deputat qeyd edib ki, süni intellekt agentləri təhrif olunmuş məlumatlar əsasında cavab verə bilər və Rusiya öz suveren modelini inkişaf etdirməlidir.
Daha əvvəl Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Andrey Denisov qeyd edib ki, Moskva və Pekin süni intellekt bazarının tənzimlənməsi sahəsində birgə normativ-hüquqi bazanın yaradılmasının tərəfdarıdır.
Eyni zamanda, onun sözlərinə görə, Vaşinqton ifrat mövqeni müdafiə edir, hakimiyyətdən süni intellekt tərtibatçılarının fəaliyyətinə müdaxilə etməməyi tələb edir.
Əli Babayev