“Sizə pul veriləndə onu çəkib paylaşmayın“

17.11.2025

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əməkdar artist Vasif Məhərrəmli "Rəngarəng" verilişinin qonağı olub.

Moderator.az xəbər verir ki, sənətçi həmkarlarına iradını bildirib.

Vasif Məhərrəmli son zamanlar bəzi müğənnilərin məclislərdə onlara təqdim edilən pul hədiyyələrini kameraya çəkib sosial şəbəkələrdə paylaşmasını düzgün hesab etmədiyini vurğulayıb.

Məhərrəmli bu halın həm sənət adamının imicinə xələl gətirdiyini, həm də məclis sahibinin narahat olmasına səbəb olduğunu deyib:

"Toyda, nişanda pulu sizə hörmət əlaməti olaraq verirlər. Onu çəkib paylaşmaq doğru deyil. Sənət adamı davranışı ilə nümunə olmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью