“Sizə verilən pulu paylaşıb özünüzü güldürürsünüz” VİDEO

17.11.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Əməkdar artist Vasif Məhərrəmli bəzi həmkarlarını tənqid edib.
Bizim.Media xəbər verir ki, Vasif “Rəngarəng”də toylarda onlara verilən pulları paylaşan ifaçılara irad bildirib.
“Sizə toyda, nişanda əlinizə pul verəndə, onunla videolar paylaşmayın. Bizə milyonlar baxır, kimlərinsə hissləri ilə oynayırsınız. Orada böyük məbləğ yoxdur, amma o pula ehtiyacı olan insanlar var. Onların hissləri ilə oynayırsınız. Həm də o pul kimlər üçünsə milçək vızıltısıdır, özünüzü onlara güldürürsünüz”.

Sara, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью