Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Google" axtarış sistemi "Meet"də yeni funksiyanı təqdim edib.
Oxu.Az itc.ua-ya istinadla xəbər verir ki, "Google" axtarış sistemi "Meet" platformasında videozənglər zamanı real vaxtda avtomatik tərcümə funksiyasını istifadəyə verib.
Yeni texnologiya sayəsində danışdığınız nitq başqa dilə tərcümə olunaraq qarşı tərəfə orijinal səsinizə bənzər səslə, intonasiya və emosiyaları qoruyaraq çatdırılır.
"Google" bu funksiyanın işləməsi üçün "Gemini" süni intellekt platformasından istifadə edir.
Süni intellekt real vaxt rejimində dediklərinizi təhlil edir və dərhal tərcümə edərək həmsöhbətinizin dilində səsləndirir.