Sizi əldən salan qripdən xilas olun

15.10.2026

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər insanların çoxu qripdən, öskürəkdən şikayətlənirlər. Bu xəstəliyə nə dərman, nə də mürəbbəli çay kömək etmir. İmmuniteti artırmaq üçün ədviyyatlı çay için.

Ədviyyatlar güclü mikrob, virus və iltihab əleyhinə təsirə malikdir.

Axşam.az xəbər verir ki, soyuqdəymə zamanı ədviyyatlardan istifadə nəfəs yollarını selikdən və mikroblardan təmizləyir, boğaz ağrısını azaldır, xəstənin vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.

Soyuqdəymə zamanı belə faydalı ədviyyatlı içki hazırlaya bilərsiniz. Kiçik termosa 1/2 ç.q. sarıkök, 1/2 ç.q. darçın, sürtgəcdən keçirilmiş zəncəfil kökü (3-4 sm uzunluqda), üzərinə yarım l isti su tökün, 1 saat termosda dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gün ərzində bir neçə dəfə yarım stəkan olmaqla ilıq halda için. Qəbul etdikdən əvvəl dəmləməyə bal və limon əlavə edin.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью