Sizi “gözləyirik”, cənablar! | Icma.az
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqının şərti sərhəddəki casus missiyası həddini aşmaqdadır Avropalı casuslar Azərbaycana hücum planı hazırlayırlar.
Avropa İttifaqının monitorinq missiyası Ermənistan silahlı qüvvələrinin döyüş postlarından birbaşa Azərbaycan ərazilərini müşahidə edir və müəyyən qeydiyyatlar aparırlar.
Bəli, kadrlardan göründüyü kimi, Aİ missiyasının kamuflajlı casusları əllərindəki durbinləri Ermənistan ordusunun Zəngilan istiqamətindəki döyüş postlarından Azərbaycan ərazisinə doğru yönəldiblər.
Eyni zamanda, missiya üzvləri öz aralarında nəyisə fəal müzakirə edirlər.
Onlar əllərini uzadaraq Azərbaycan istiqamətində konkret nöqtələri göstərirlər.
Aralarında fransalı jandarmların, alman hərbçilərinin də olduğu avropalı kəşfiyyatçıların Ermənistan ordusunun Azərbaycana hücum planını hazırlaması ehtimalını irəli sürənlər də var.
Deməli, əvvəllər dedikləri kimi, onlar artıq şərti sərhəd boyu gəzintiyə çıxıb, sonra hesabatlarda neçə kilometr yol qət etdiklərini yazmaqla, uzaqdan durbinlə Azərbaycan ərazilərinə baxmaqla kifayətlənmirlər.
Tam oxu
Xəbəri oxu