Sizi olduğunuzdan daha incə göstərəcək şalvar modelləri FOTO

07.06.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar moda aləmində tez-tez adı çəkilən daha incə şalvar modelləri bədən cizgilərini sanki yenidən formalaşdırır.

Ölkə.Az Türkiyənin “akşam” qəzetinə istinadla xəbər verir ki, düzgün kəsim, rəng və parça seçimi ilə şalvar geyinərək olduğundan 2 ölçü daha incə görünmək mümkündür.

Odur ki, sizi olduğunuzdan incə göstərəcək şalvar modellərini təqdim edirik:

Yüksək bel şalvarlar

Qarın nahiyəsini yığaraq daha fit görünüş təmin edən yüksək belli şalvarlar ayağı olduğundan daha uzun göstərir. Xüsusilə tünd rəngli və düz kəsimli modellər beldən başlayaraq incə siluet yaradır.

Palazzo şalvarlar

Bol ətəkli və axıcı quruluşu ilə palazzo şalvar omba nahiyəsində artıq çəki gizlədərək balanslı görünüş təqdim edir. Yüngül parçadan və tünd rəngli modellər xüsusilə yay aylarında həm rahatlıq, həm də zəriflik təmin edir.

Tünd rəngli “skinny” cinslər

Bədənə yaxşı oturan, lakin çox dar olmayan tünd rəngli dar cins şalvarlar xüsusilə qara, tünd göy və kömür tonlarında olarsa, ayaqları daha incə və uzun göstərir. 
Hündürdaban ayaqqabılarla birləşdirildikdə effekt ikiqat artır.

Şaquli cizgili şalvarlar

Şaquli zolaqlı naxışlar bədəni optik illüziya ilə daha uzun və incə göstərir. Zolaqlı parçalar, xüsusən də düz kəsikli və yüksək belli şalvarlarla birləşdikdə nəzərəçarpacaq dərəcədə incə görünüş təqdim edir.

Parça şalvarlarda “straight fit” kəsim

Nə çox sıx, nə də çox boş, düz uyğun kəsimlər bədəni balanslı şəkildə əhatə edir. Beldən ayağa qədər eyni genişlikdə olan bu model, müasir və zərif bir duruş təqdim edir, artıq çəkiləri kamuflyaj edir.

Forma verən şalvarlar

Son illərdə kifayət qədər populyarlaşan forma verən və ya dartılan şalvarlar xüsusi parça quruluşu sayəsində qarın, omba və ayaqlarda dartma effekti verir. Gündəlik istifadədə rahatlıq təmin etməklə yanaşı, bədən cizgilərini daha görünür edir.

Şalvar seçəndə nələrə diqqət edilməli?

Parça seçimi: Qalın və keyfiyyətli parçalar bədən xətlərini daha göstərir.
Rəngə üstünlük verilir: Tünd rənglər ümumiyyətlə sizi daha incə göstərir.
Kəsim forması: Bədən tipinizə uyğun kəsimi seçmək vacibdir.
Naxış detalı: Minimal və şaquli detallar sizi daha incə göstərməkdə effektivdir.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью