Sizi unutmayacaq şanlı millətim əsla Ən məşhur soyqırımı şeiri

31.03.2025

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az dahi Məhəmməd Hadinin 31 Mart soyqırımına həsr etdiyi şeiri təqdim edir.

Şühadeyi hürriyətimizin ərvahinə ithaf

Sizin məzariniz iştə qülubi-hürriyətdir,
Bu sözlərim ürəgimdən qopan həqiqətdir,
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey ziynəti cəhani-fəna,
Sizinlə buldu bu millət həyati nur istiqbal,

Bu gündə etmədə əhli-vətən sizi yad.
Salamlayır sizi iştə bu milləti-azad,
Sizin də ruhunuz uçsun behişti-əlada,
Bizi xilas edərək pəncəyi-əsarətdən.

Nicat bəxş olarmı dəsti əhli-vəhşətdən,
Çəkildiniz əbədi xüldi-zari-rəhmanə -
Behişti-rəhmanə, yəni, diyari-rəxşanə!
O, xününüzlə açıldı bəhari-hürriyyət,
Sizin də yurdunuz olsun behişti-ülviyyət!..

Bakı, 31 mart 1919-cu il
“Azərbaycan” qəzeti, № 147, 31 mart 1919.

Şəhriyar Del Geraninin tələbələrlə görüşü keçirilib - FOTO BP daha 5 müəllifin kitabını nəşr etdirib - FOTO "Adamı həmişə saymadığı it tutur" - Pərvanə Bayramqızı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью