Sizin də məhləyə yağış yağırmı? Günün şeiri

08.07.2026

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az "Günün şeiri" layihəsindən İbrahim İlyaslının "Sizin də məhləyə yağış yağırmı?" şeirini təqdim edir.
Sizin də məhləyə yağış yağırmı,-
Sular söyləşirmi navalçalarda?
Ala gözlərinə qonan buludun
Neçə yaşı olur bu sonbaharda?
Evinə torpağın ətri dolurmu,-
Açıb pəncərəni çölə baxanda?
Yenəmi ürkəksən həminki kimi,-
Yenəmi qorxursan şimşək çaxanda?
Kəndə dönürsənmi xəyallarında,-
Yadına düşürmü o payız günü?..
Birlikdə məktəbdən evə dönürdük,
Yeni haqlamışdıq “Sarı körpü”nü.
...Və qəfil başladı leysan tökməyə,
Sel ağzına aldı bərəni-bəndi.
Bir anın içində çay aşıb-daşdı,
İki yerə böldü “İncəsu” kəndi.
Başqa yermi vardı daldalanmağa?-
Qaçıb akasyanın altında durduq.
Birdən çəpərində Osman dayının
İşıq dirəyini ildırım vurdu...
Titrəyib əsirdin həyəcanından,
Tutub əllərindən,- qorxma söylədim.
Qorxulu nağıllar düşdü yadıma,-
Sənin qəhrəmanın olmaq istədim.
Xəyalən özümü çaya vururdum,
Ağaclar axırdı pərli-budaqlı...
Guya köhlənlər də yara bilməyən
Seli yaracaqdım... Eh, uşaq ağlı...
Yadındamı o nur, o ipək qarı?-
Sənəm nənə... Qaşdan bizə baxırdı.
-Ay bala, sətəlcəm olarsınız ki!-
Deyib, əl elədi, evə çağırdı...
Sonrası... Nə deyim, sonrası heç nə,
Buludlar dağıldı, yağış da kəsdi...
Ancaq, ürəyimdə şırım açmağa
Mənə bu xatirə bir ömür bəsdi.
Sizin də məhləyə yağış yağırmı?-
Sular sevişirmi navalçalarda?
Qırx ildi həmincə ağacın altda
Səni gözləyirəm, hardasan, harda?!

"Təlxək rolu oynamaq məcburiyyətində deyildim..." - Osamu Dazainin "İnsanlığımı itirərkən" əsərindən bir hissə "Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi "Oskar"lı rejissorun qızı və həyat yoldaşı avtomobildə ölü tapıldı: Dəhşətli hadisənin sirri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью