Sizin kostyumunuz var? Ağ Evdə daha bir gərginlik (VİDEO)

28.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ağ Evdə gərgin anlar davam edir. 

"Unikal" xəbər verir ki, daha bir mübahisə Zelenskinin rəsmi geyimdə olmaması mövzusundan başlayıb. 

Tramp: Sizin ümumiyyətlə kostymunuz var?

Zelinski: Mənim kostyumum var, sadəcə bura geyinməmişəm. Sizin də səs tonunuz mənim xoşum gəlmir.

Tramp: Nə hiss edəcəyimizi bizə diktə etməyə haqqınız yoxdur. Biz III Dünya Müharibəsinin astanasındayıq, amma siz ABŞ-a və mənə hörmət etmirsiniz

Zelenski: Mən sizə hörmət edirəm, amma atəşkəsə razılıq verməyəcəm.

Tramp: “Mən bilirəm ki, siz qalib gələ bilməyəcəksiniz. Siz üstün mövqedə deyilsiniz. Əlinizdə “kart”larınız yoxdur.

Zelenski: Mən kart oynamıram.

Tramp: Əgər bizim silahlarımız olmasaydı, bu müharibə dərhal bitərdi.

Zelenski: Bu sözləri mən Putindən eşitmişəm.

Bu dialoqdan sonra jurnalistlər zaldan çıxarılıb və görüş təkbətək formatda davam edib.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью