Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Sizin Lombard" Lənkəran, Tovuz və Gəncə şəhərlərində açıq qapı günləri keçirəcək. Təşkil olunan görüşlərdə bölgə sakinlərinə yeni iş və karyera imkanları təqdim olunacaq.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Açıq qapı günləri çərçivəsində Kredit mütəxəssisi vakansiyası və əməkhaqqılı təcrübə proqramı haqqında məlumat veriləcək. Ziyarətçilər vakansiyaların tələbləri, müraciət prosesi və şirkətdə karyera imkanları ilə bağlı ətraflı məlumat əldə edə biləcəklər.
Açıq qapı günləri Sizin Lomabrdın filiallarında Lənkəranda (Lənkəran ş., Ak. Z. Əliyeva küç. 8A) 1,2,3 oktyabr, Tovuzda (Tovuz ş., Sabir küçəsi 27) 8,9,10 oktyabr, Gəncədə (Gəncə ş., Nizami r., M.Abbas Abbaszadə küçəsi, 36A) isə 15,16,17 oktyabr tarixlərində, saat 14:00-17:00 keçiriləcək.
Sizin Lombard karyerasında yeni uğura, nailiyyətlərə imza atmaq, mövcud vakansiyaları dəyərləndirmək istəyən hər kəsi filiallarına dəvət edir.
Şirkətin bütün vakansiyaları ilə tanış olmaq üçün:https://www.sizinlombard.az/az/insan-resurslari/