“Sizinlə fəxr edirəm!” Xalq artisti Tünzalə Ağayeva

11.12.2025

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın “Ayaks” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Gununsesi.info xəbər verir ki, oyundan sonra bir sıra rəylər qeyd olunub.

Xalq artisti Tünzalə Ağayeva isə şəxsi “İnstagram” hesabında matçla bağlı fikirlərini bölüşüb: “Əziz FK Qarabağ, əziz Qurban müəllim, sizə sadəcə bir vətəndaş olaraq təşəkkür etmək istəyirəm. Nə gözəl zamana gəlib çatmışıq ki, dünyada hər bir klubun sizin yerinizdə olmağı, arzuladığı Çempionlar Liqasında öz əzmkar oyununuzla bizə bu həyəcanı yaşadırsınız. Tənqid etməyə nə var ki? Bunu hamımız bacarırıq! Təki bütün sahələrdə sizin qədər beynəlxalq uğurlarımızı olsun. Sizinlə fəxr edirəm!”

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью