“Sizsiz alınmır“ Foto

25.07.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Aparıcı Xoşqədəm Hidayətqızı mərhum atası ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aparıcı atası ilə birlikdə çəkilən arxiv fotosunu yayımlayaraq ona olan həsrətindən yazıb.

“Çox darıxdım sənsiz. Hər həftəsonu yaxınlaşanda ailəmizin bir süfrə arxasında toplandığı o günləri xatırlayıram. “Bu qaydanı bizdən sonra sən davam etdir” demişdin. Amma sizsiz alınmır, ata…” deyə, X.Hidayətqızı yazıb.

Qeyd edək ki, aparıcının atası Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Xoşqədəmin anası Ofeliya Baxşəliyeva da uzun sürən xəstəlikdən sonra vəfat edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью