Skabeyevanın verilişində qalmaqal VİDEO | Icma.az
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya televiziyasında Kremlin ən simasız təbliğatçılarından olan Olqa Skabeyevanın verilişində qalmaqal baş verib.
“AzPolitika” xəbər verir ki, veriliş zamanı aparıcı Skabeyeva ilə politoloq Dmitri Abzalov arasında mübahisə yaşanıb.Abzalov “Reuters” agentliyinin məlumatlarına istinad edərək deyib ki, Rusiya ilə ABŞ arasında Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərində görüş gözlənilir.
Həmçinin, qeyd edib ki, Kursk vilayətində Rusiya tərəfində döyüşən Şimali Koreya qoşunları böyük itkilər verdikləri üçün geri çəkiliblər və oradan çıxarılıblar: ”Onlar qırılıb qurtarıblar, onların yeni partiyası ay ərzində gələcək”.
Skabeyeva isə ekspertdən israrla Kreml üçün əlverişli olmayan məsələləri səsləndirməməyi, yalnız Müdafiə Nazirliyinin və Dmitri Peskovun rəsmi açıqlamalarına istinad etməyi tələb edib.
Abzalov geri çəkilməyib və rəsmi orqanların, eləcə də Peskovun açıqlamalarını şübhə altına alıb, həmçinin qeyd edib ki, rəsmi təbliğatın özü tez-tez özünə sərf edən hallarda Qərb mətbuatına istinad edir.Video linkdə: https://video.antikor.com.ua/vd/749771-1.mp4“AzPolitika.info” Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu