Skaloni İsveçrə üzərində qələbəni belə dəyərləndirdi

12.07.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində İsveçrə yığmasını əlavə vaxtda məğlub edərək (3:1)  yarımfinala yüksələn Argentina seçməsinin  baş məçqçisi Lionel Skaloni qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, o, matçın ardından baş turan mətbuat konfransında belə danışlb:

"Etiraf edim ki, çox əziyyət çəkdik. Rəqibin fiziki cəhətdən çox güclü komanda olduğunu bilirdik. Onlar bizə matç ərzində ciddi çətinliklər yaratdılar. Bəzən düşdüyümüz vəziyyətlərdən çıxış yolu tapa bilmirdik.

Düzü, bu gün bəxt də bizim tərəfdə idi. Rəqibin bir futbolçusu qırmızı vərəqə aldı və bundan sonra komandamız hücumlarının kəsırini artırdı. Reallığı qəbul etməliyik, hələ üzərində işləməli olduğumuz məqamlar var. Amma istənilən halda, qələbə qazanmaq hər zaman xoşdur".

Xatırladaq ki, Argentina millisi yarımfinalda İngiltərə yığması ilə üz-üzə gələcək.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью