Skaloni: Messi oyuna qoşulanda hamının enerjisi artır

23.06.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Avstriya üzərində qazandıqları 2:0 hesablı qələbədən danışıb.

QOL.az FİFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis komandanın kapitanı Lionel Messinin performansını xüsusi qeyd edib və onun komanda üçün əhəmiyyətini vurğulayıb.

“Biz bilirik ki, Messi oyuna qoşulanda hamının enerjisi artır. Bu da komandanın güclü tərəfidir. Hətta bu dəfə topa sahib olmaqda çətinlik çəksək də, Leo yenə vəziyyəti lehimizə dəyişdi. Onun fədakarlığını hamı görür. Messi meydandadırsa, komanda qələbə əzmindədir". 

Qeyd edək ki, Messi Avstriya ilə oyunda dubl edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью