Skaloni: “Messinin bunu anlaması hamı üçün nümunədir”

18.11.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Kosta-Rika ilə yoldaşlıq oyununda qazanılan 7:0 hesablı qələbədən sonra azarkeşlərin dəstəyindən danışıb.

Apasport.az xəbər verir ki, Kordova şəhərində keçirilən görüşdən sonra mütəxəssis azarkeşlərin münasibətindən məmnunluğunu ifadə edib:

“Azarkeşlərin bizi qarşılaması möhtəşəm idi. Kordovaya heyran qaldım. İnsanlar bizi dəstəkləmək üçün gəlirlər və milliyə olan sevgilərini itirməyiblər. Biz də bu etimadı qorumaq üçün nəticə göstərməyə davam etməliyik”.

Skaloni komanda oyununun əhəmiyyətini də vurğulayıb:

“Gənc futbolçular çox istedadlıdırlar, amma hər şey komandadan asılıdır. Bir oyunçu hamının yükünü daşıya bilməz. Hazırda yaxşı oynamağımızın səbəbi də budur. Messinin də bunu başa düşməsi hamı üçün əyani nümunədir”.

FIFA prezidentliyinə ilk yapon namizəd “Qalatasaray”ın müdafiəçisi millidə zədələnib Fransa millisinin sabiq üzvü karyerasını BAŞA VURUB “Qalatasaray”ın futbolçusu oyuna çıxmamış zədələndi “Strasbur”un yeni baş məşqçisi bəlli olur
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью