Skaloni Paraqvaydan aldıqları məğlubiyyəti dəyərləndirdi

15.11.2024

Icma.az bildirir, Fanat portalına istinadən.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Paraqvay yığmasına 1:2 hesabı ilə uduzan Argentina millisinin baş məşqçisi Lionel Skaloni məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "tanqoçular"ın mətbuat xidməti belə çatdırıb:

"Oyunçularımı tənqid etmək yox, dəstəkləmək üçün buradayam. Bilirdik ki, çətin oyun olacaq. Hazırda heyətdə yeni oğlanların sayı çoxdur. İlk yarıda yaxşı oynadıq, amma ikinci hissənin əvvəllərində buraxdığımız qol vəziyyəti mürəkkəbləşdirdi. Yaxşı müdafiə olunduğu üçün rəqibi təbrik etmək lazımdır. Nikbinliyi qorumalı və oyunumuzda yaxşıya doğru nəyi dəyişməli olduğumuz barədə düşünməliyik".

Xatırladaq ki, 22 xalı olan Argentina seçmə mərhələnin tunir cədvəlinə başçılıq edir. 

Nihat 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью